AZ

Cəlilabadda meşədə yanğın başlayıb

Cəlilabad rayonunun Zopun kəndi ərazisində meşəlik ərazidə yanğın başlayıb.

Ölkə.az-ın "Report"a istinadən məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq texnikası və canlı qüvvəsi cəlb olunub.

Hava küləkli olduğu üçün yanğının miqyası genişlənib. İlkin olaraq əraziyə 4 yanğınsöndürən texnika cəlb olunub.

Yanğının qarşısının alınması və ətraf ərazilərə yayılmaması üçün tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
36
18
olke.az

10Mənbələr