AZ

Çin: Rusiyaya sanksiya təzyiqi Ukraynada müharibəni dayandırmağa qadir deyil

ABŞ-ın anti-Rusiya sanksiyalarını gücləndirməsi Ukrayna münaqişəsinin həllinə kömək etmir.

Turkustan.az xəbər verir ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını gücləndirməsi Ukrayna münaqişəsinin həllinə xidmət etmir, problemin yeganə həll yolu dialoq və danışıqlardır. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian amerikalı senator Lindsi Qremin Rusiya və onun tərəfdaşlarına qarşı 500%-lik rüsum tətbiqi təklifini şərh edərkən bildirib.

“Çin istənilən qeyri-qanuni birtərəfli sanksiyalara və 'uzun qollu' yurisdiksiyaya (yəni, bir ölkənin öz qanunvericiliyi əsasında digər ölkələrə qarşı sanksiyalar tətbiq etməsi – red.) qəti şəkildə qarşı çıxır. Tarif müharibələri və təzyiqlər mövcud problemlərin həllinə kömək etməyəcək”, – Lin Cian deyib.

O əlavə edib ki, Çin Ukraynadakı münaqişəni “Ukrayna böhranı” adlandırır və hesab edir ki, problemin həlli üçün dialoq və danışıqlar yeganə yoldur.

“Ümid edirik ki, bütün tərəflər ‘Ukrayna böhranı’nın siyasi yolla həlli üçün əlverişli mühitin formalaşdırılmasına töhfə verəcək, uyğun şərait yaradacaq və danışıqları təşviq etmək üçün daha konstruktiv addımlar atacaq”, – deyə Çinli diplomat vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
440
5
turkustan.az

10Mənbələr