AZ

"Araz-Naxçıvan"ın rəqibi heyətini yeni futbolçularla gücləndirib

"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Aris" heyətini yeni futbolçularla gücləndirib.

Uroş Raçiç və Alvaro Teyero heyətə cəlb edilib.

İtaliyanın "Sassuolo" klubundan transfer olunan 27 yaşlı Raçiçlə 4 illik müqavilə imzalanıb. Ötən mövsümü "Espanyol"da keçirən 28 yaşlı Teyero ilə anlaşmanın müddəti isə 2 illikdir.

Serbiyalı U.Raçiç yarımmüdafiəçi, ispaniyalı A.Teyero isə müdafiəçidir.

Qeyd edək ki, "Araz-Naxçıvan"la "Aris" arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçı iyulun 24-də Bakıda, cavab görüşü isə 31-də Salonikidə baş tutacaq.

phrase_var_article.chosen
47
36
cbcsport.az

10phrase_var_article.sources