Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Aris" növbəti transferlərini rəsmiləşdirib.
"Football-plus.az" xəbər verir ki, komanda Alvaro Texero və Uroş Raçiçlə heyətini gücləndirib.
"Espanyol"dan "Aris"ə keçən ispaniyalı müdafiəçi ilə 2 illik müqavilə imzalayıb. Son mövsümün ikinci hissəsini "Braqa"da keçirən serbiyalı yarımmüdafiəçi ilə 4 illik razılıq əldə olunub. Bununla da, Yunanıstan təmsilçisinin mövsümlərarası fasilədə transferlərinin sayı 10-a yüksəlib.
Qeyd edək ki, "Araz-Naxçıvan" "Aris" arasında mərhələnin ilk oyunu iyulun 24-də Bakıda, cavab matçı isə ayın 31-də Yunanıstanda baş tutacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta