AZ

"Qarabağ" İsveçdə heç-heçə etdi

"Qarabağ"ın U-17 komandası “Gothia Puma Trophy”də növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, “Qarabağ” qrup mərhələsinin 2-ci turunun matçına çıxıb.

İsveçdə təşkil olunan yarışda 6-cı qrupda yer alan Ağdam təmsilçisi “Sportinq Laqos”la üz-üzə gəlib. Görüş qolsuz sülhlə başa çatıb - 0:0.

Xatırladaq ki, ilk turda İsveç təmsilçisi “Myallbu” üzərində 2:1 hesablı qələbə qazanan "Qarabağ" 3-cü matçında “Höteborq”la üz-üzə gələcək.

Seçilən
32
3
football-plus.az

10Mənbələr