“Qarabağ”ın 17 yaşadək futbolçulardan ibarət komandası “Gothia Puma Trophy”də növbəti oyununu keçirib.
Msport.az xəbər verir ki, qrup mərhələsinin II turunda təmsilçimizin rəqibi “Sportinq Laqos”la olub.
İsveçdə təşkil olunan yarışda IV qrupda yer alan Ağdam klubu rəqibi müqavimətin qıra bilməyib. Görüş qolsuz sülhlə başa çatıb – 0:0.
Qeyd edək ki, ilk turda İsveç təmsilçisi “Myallbu” üzərində 2:1 hesablı qələbə qazanan “Qarabağ” sabah “Göteborq”la üz-üzə gələcək.