AZ

Şahin Şıxlinski barədə cinayət işi açılıb, oğlu saxlanılıb - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanılaraq İstintaq Komitəsinə aparılıb.

Adalet.az xəbər verir ki, hazırda Mutvalı İstintaq Komitəsində dindirilir, ondan iyulun 1-də Baku Plazanın qarşısında saxlanılan zaman baş vermiş insidentlə bağlı izahat alınır.

Mutvali Şıxlınskinin atası Şahin Şıxlınski barədə də cinayət işi açılıb. Ona qarşı Moskvada Cinayət Məcəlləsinin 318-ci (Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə cinayət işi açıldığı qeyd olunub.

***

00:20

İyulun 15-də axşam saatlarında Azərbaycanın Uraldakı diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinski Yekaterinburqda saxlanılıb. 

Adalet.azxəbər verir ki, Mütvəlinin evində axtarış aparılacaq.  Hazırda o, 91-ci maddə ilə iki sutkalıq həbsdədir. Bundan sonra məhkəmə olacaq.

***

21:31

Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlinski saxlanılıb.

Adalet.az  xəbər verir ki, Mutvali iyulun 1-də atası saxlanlarkən avtomobillə xüsusi təyinatlılardan birini vurduğu iddia olunur. 

Qeyd edək ki, o hazırda İstintaq Komitəsində dindirilir.

Seçilən
37
10
adalet.az

10Mənbələr