AZ

Qurban Qurbanov: “Optimal idman formasına düşmək üçün bir az vaxt lazımdır”

“Yaxşı oyun oldu. Keyfiyyətli futbolçulardan qurulmuş, özünə xas oyun üslubu olan çox yaxşı bir komandaya qarşı oynadıq. Düzdür, komandamız optimal vəziyyətdə deyildi. Amma yaxşı hazırlıq keçdik”.

"Cebheinfo.az" xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Mütəxəssis Avstriya toplanışının son yoxlama matçı çərçivəsində “Zalsburq”la görüş haqda danışıb:

“Toplanışda son oyunumuz idi. Futbolçular bu matça yüklənmiş halda çıxmışdılar. Həm son görüşdən, həm ümumi hazırlıqdan razı qaldım”.

Qurbanov komandanın ümumi durumunu dəyərləndirib: “Komandanın durumu normaldır. Optimal idman formasına düşmək üçün bir az vaxt lazımdır. Qarşıda oyundan-oyuna bunu hiss edəcəyik. Ümumilikdə bu gün hər futbolçunun daha yaxşı potensialı var. Bir neçə rəsmi oyundan sonra daha da idman formalarını yığacaqlar. Bundan sonra meydanda bir-birini daha yaxşı tamamlayacaqlar”.

Qeyd edək ki, Ağdam təmsilçisi son hazırlıq oyununda “Zalsburq”a 1:2 hesabı ilə məğlub olub.

"Cebheinfo.az" 

Seçilən
21
13
cebheinfo.az

10Mənbələr