“Yaxşı oyun oldu. Keyfiyyətli futbolçulardan qurulmuş, özünə xas oyun üslubu olan çox yaxşı bir komandaya qarşı oynadıq".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Klubun mətbuat xidmətinə danışan təcrüəli mütəxəssis Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində yerli “Zalsburq”la (1:2) yoxlma matçı barədə fikirlərini bildirib: "Düzdür, komandamız optimal vəziyyətdə deyildi. Amma yaxşı hazırlıq keçdik. Toplanışda son oyunumuz idi. Futbolçular bu matça yüklənmiş halda çıxmışdılar. Həm son görüşdən, həm də ümumi hazırlıqdan razı qaldım. Komandanın durumu normaldır. Optimal idman formasına düşmək üçün bir az vaxt lazımdır. Qarşıda oyundan-oyuna bunu hiss edəcəyik. Ümumilikdə bu gün hər futbolçunun daha yaxşı potensialı var. Bir neçə rəsmi oyundan sonra bundan yaxşı idman formalarını yığacaqlar. Bundan sonra meydanda bir-birini daha yaxşı tamamlayacaqlar”.
Qeyd edək ki, "Qarabağ" gələn həftə UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.