Biz Azərbaycanla ikitərəfli ticarət əlaqələrini bərpa etməyə, Azərbaycandan Ermənistan ərazisi ilə Azərbaycana və ya üçüncü ölkələrə əlaqəni təmin etməyə, eləcə də Ermənistanın Azərbaycan ərazisi ilə üçüncü ölkələrə çıxışını təmin etməkdə maraqlıyıq.
Operativ Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
"Regional kommunikasiyaların açılması prosesini Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində müzakirə etmişik və edirik", - o, qeyd edib.