AZ

Ziya Bünyadov prospektinin Böyükşor-Pirşağı yolu ilə kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib

BAKI, 16 iyul. TELEQRAF

Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il 456 nömrəli Sərəncamə ilə təsdiqlənmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən Böyükşor–Pirşağı avtomobil yolunun Müzəffər Nərimanov küçəsi ilə əlaqələndirilməsi məqsədilə müxtəlif səviyyəli yol ötürücülərinin tikintisi nəzərdə tutulub. Hazırda müvafiq tapşırığın icrası ilə əlaqədar layihələndirilmə işləri davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Baş Dövlət Yol Polisi İdarəsi və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları qeyd olunan yolda monitorinqlər keçiriblər. Monitorinqlərin nəticəsinə əsasən, bu müddət ərzində həmin ərazidə yol hərəkəti təhlükəsizliyinin artırılması, nəqliyyat vasitələrinin nizamlı hərəkətinin təmin edilməsi və nəqliyyat sıxlığının azaldılması məqsədilə qısamüddətli həll olaraq işıqforların quraşdırılması və yol hərəkətinin yenidən təşkili barədə qərar qəbul edilib. Artıq ərazidə işıqfor obyektləri quraşdırılıb və onların fazaları müəyən edilib, müvafiq nişanlanma işlərinin təşkili həyata keçirilib. Qısa vaxtda təqdim edilmiş həll test rejimində işə salınıb. Ərazidə nəqliyyat axınlarının monitorinqi həyata keçiriləcək.

Seçilən
319
50
teleqraf.com

10Mənbələr