AZ

Aİ-nin planı Viktor Orbanı hiddətləndirib

AzVision.az xəbər verir ki, Macarıstan hökumətinin iclasından əvvəl çıxış edən baş nazir Avropa Komissiyasının (AK) bu təşəbbüsünün Aİ-də “hamını təəccübləndirdiyini” deyib.

“Brüsselin yeni planından külli miqdarda pul ayrılacaq Ukrayna udur. Uduzanlar isə ciddi çətinliklərlə üzləşə biləcək Avropa vətəndaşları, xüsusən də fermerlər olacaq”, - Viktor Orban “M1”telekanalında yayımlanan video-müraciətdə vurğulayıb.

Bundan əvvəl Macarıstan baş nazirinin siyasi müşaviri Balaj Orban da sənədi tənqid edib. Onun sözlərinə görə, Brüsselin layihəsimüharibənin davam etdirilməsi üçün Aİ-nin borclanmalı olacağıdeməkdir.

Ukraynaya dəstək üçün 100 milyard avro məbləğində ayrıca xərc maddəsinin yer aldığı büdcə layihəsi bu həftə Avropa Komissiyası (AK) tərəfindən rəsmi şəkildə təqdim olunub. Aİ ölkələri arasında onun təsdiqi ilə bağlı danışıqlar 2027-ci ilin sonuna qədər davam edə bilər.
Büdcə layihəsində Kiyevə dəstəkdən əlavə, qlobal və yerli Aİ proqramlarına böyük sərmayələrin qoyulması nəzərdə tutulur. Bu kontekstdə “Qlobal Avropa” təşəbbüsü üçün 190 milyard avro, Avropa Rəqabətlilik Fondu üçün isə 522 milyard avro ayrılması planlaşdırılır.

Avropa Rəqabətlilik Fonduəsas sektorlara və ümumavropa infrastruktur layihələrinə investisiyaları stimullaşdırmaq məqsədi daşıyır. Gələcək büdcənin Aİ-nin böhranlara daha tez reaksiya verməsi üçün daha çevik olacağı gözlənilir.

Eyni zamanda, AK-nin sədri Ursula fon der Lyayen büdcənin gəlir hissəsinin artırılması üçün tədbirlər təklif etmək niyyətindədir. “Politico” nəşrininməlumatına görə, tütün məmulatları və dövriyyəsi 50 milyon avrodan çox olan iri şirkətlər də daxil olmaqla, əlavə vergilərin tətbiqi müzakirə edilir.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
91
50
azvision.az

10Mənbələr