AZ

Peskov Rusiya Azərbaycan əlaqələrindən DANIŞDI

Modern.az saytına istinadən ain.az xəbər verir.

Rusiya ilə Azərbaycan arasındakı münasibətlər möhkəm təməl üzərində qurulsa da, hazırda müəyyən gərginlik yaşanır.

Modern.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Moskva və Bakı arasında həqiqətən də möhkəm əsas var, iki ölkənin maraqları üst-üstə düşür, qarşılıqlı hörmətə əsaslanan və qarşılıqlı fayda verən əməkdaşlıq mövcuddur. Lakin bəzən elə olur ki, iki ölkə arasında münasibətlərdə mürəkkəb dövrlər baş verir. Hazırda belə bir dövr yaşanır”, - deyə Peskov qeyd edib.

O bildirib ki, Rusiya tərəfi bu çətin mərhələnin tezliklə aradan qalxacağına ümid edir:

“Əməkdaşlığımız hər iki ölkəyə fayda verir və biz münasibətlərin əvvəlki səviyyəyə qayıtmasını arzulayırıq.”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
50
modern.az

10Mənbələr