AZ

AP-dəki Almaniya nümayəndəsi: Aİ Ermənistanla yaxınlaşmaqdansa Azərbaycan qazını seçir

Avropa Parlamentindəki “Almaniya üçün Alternativ” (AfD) nümayəndə heyətinin rəhbərinin müavini, İnsan Hüquqları Komitəsinin əlaqələndiricisi Tomaş Fröhlix Ermənistanın Avropa İttifaqına daxil olmasının hazırda tamamilə qeyri-real olduğunu bildirib.

Məlumatı “”kaliber.az” verib. 

“Hesab edirəm ki, bu, indiki mərhələdə tamamilə qeyri-realdır və mən bunu Ermənistana böyük simpatiyası olan şəxs kimi deyirəm”, - o bildirib. 

Fröhlix Ermənistanın üzvlüyünün Aİ-nin strateji maraqlarına zidd olduğunu izah edib: “Bu, həm də onunla bağlıdır ki, Azərbaycan Aİ üçün mühüm rol oynayır. Avropa İttifaqının Azərbaycanla ortaq maraqları var, xüsusən də Rusiya faktiki olaraq enerji təchizatçısı olmaqdan çıxdıqdan sonra. Bu kontekstdə Azərbaycan qismən onun yerini tutub və onun Brüssel üçün əhəmiyyəti artıb”.

AfD nümayəndəsi vurğulayıb ki, Aİ-nin Ermənistanla Azərbaycanın zərərinə yaxınlaşması “son dərəcə az ehtimal” və “sadəcə qeyri-realdır”.

Bu kontekstdə siyasətçi Brüsselin ikili standartlarına diqqət çəkib: “Aİ Ermənistana həqiqətən ehtiyac duyulan yerdə dəstək vermir, eyni zamanda Azərbaycanla fəal əməkdaşlıq edir. Bu, özlüyündə heç də pis deyil, lakin Brüsselin adətən istifadə etdiyi ritorika ilə açıq şəkildə ziddiyyət təşkil edir”.

P.ƏMİRCANOV
XQ

Seçilən
25
50
xalqqazeti.az

10Mənbələr