AZ

Yevlaxın bir hissəsində qaz kəsiləcək

Yevlax şəhərinin və rayonun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Paralel.az ” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus diametri 1220 millimetr olan “Qazıməmməd-Qazax II xətti” yüksək təzyiqli magistral qaz kəməri ilə “Yevlax-1 QPS qol qaz kəməri”nin əlaqələndirilməsi məqsədilə çəkilmiş yeni yüksək təzyiqli qaz xəttinin qaznəqli sisteminə birləşdirilməsi işləri aparılacaq.

Bununla bağlı sabah saat 08:00-dan etibarən işlər başa çatanadək “Yevlax” QPS-dən qidalanan “Yevlax 1-ci xətt” ölçü qovşağından qaz verilişinin dayandırılması planlaşdırılır.

Təmir işləri müddətində Yevlax şəhərinin bir hissəsi, 77 sənaye müəssisəsi, İravanlı qəsəbəsi, 210 saylı yeni yaşayış massivi, 31-ci və 32-ci məhəllə də daxil olmaqla, ümumilikdə 7 490 abonentin qaz təchizatında məhdudiyyətlər olacaq.

Qurumdan qeyd olunub ki, işlər başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Seçilən
26
28
paralel.az

10Mənbələr