Yevlax şəhərinin və rayonun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq...
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus diametri 1 220 millimetr olan "Qazıməmməd-Qazax II xətti" yüksəktəzyiqli magistral qaz kəməri ilə "Yevlax-1 QPS qol qaz kəməri"nin əlaqələndirilməsi məqsədilə çəkilmiş yeni yüksəktəzyiqli qaz xəttinin qaznəqli sisteminə birləşdirilməsi işləri aparılacaq.
Bununla bağlı sabah saat 08:00-dan etibarən işlər başa çatanadək "Yevlax" QPS-dən qidalanan "Yevlax 1-ci xətt" ölçü qovşağından qaz verilişinin dayandırılması planlaşdırılır.
Təmir işləri müddətində Yevlax şəhərinin bir hissəsi, 77 sənaye müəssisəsi, İrəvanlı qəsəbəsi, 210 saylı yeni yaşayış massivi, 31-ci və 32-ci məhəllə də daxil olmaqla, ümumilikdə 7 490 abonentin qaz təchizatında məhdudiyyətlər olacaq.
Qurumdan qeyd olunub ki, işlər başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
Poliqon.info