Kiyev istənilən vaxt və istənilən yerdə Rusiya ilə danışıqları davam etdirməyə hazırdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Polşa və Litva xarici işlər nazirliklərinin rəhbərləri ilə görüşdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.
Sibiqa qeyd edib ki, danışıqlarda ilk növbədə atəşkəsin əldə edilməsi və yalnız bundan sonra nizamlanmanın digər aspektlərinə diqqət yetirilməsi Ukrayna üçün prinsipial məsələdir.