Beləliklə, Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını uzaq gələcəyə saxlamaq istəmir. Buna baxmayaraq, Paşinyan sülh sazişinin imzalanması üçün zəruri olan Konstitusiya dəyişikliyini sürətləndirmək də istəmir. Prinsip etibarilə biz də sülh sazişinin imzalanmasına tələsmirik. Əgər Paşinyanın söylədiyi kimi, yeni Konstitusiyanın mətnini Ermənistanda parlament seçkisindən sonra referenduma çıxaracaqlarsa, bu, təxminən 10 aylıq müddət deməkdir. Yəni çox da gözləmək lazım gəlməyəcək. Paşinyan Zəngəzur dəhlizini ABŞ və Avropa şitkərlərindən birinə icarəyə vermək istəyirsə, bu qərarını sürətləndirməlidir. Çünki bu qərardan sonra hələ dəmir yolunu bərpa etmək lazım gələcək. Buna da vaxt lazımdır”, - politoloq qeyd edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta