Məsələ ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında deyib ki, paraflanma imzaya qədər olan mərhələdir və tərəflərin ortaq razılığı əsasında razılaşdırılmış sənəddir:
“İki ölkə arasında etibar və etimad mühiti olmadığına görə paraflanma, layihənin imzalanmasına doğru növbəti bir addım ola bilər. Lakin Ermənistanın baş naziri Paşinyanın “sülh üçün heç bir fürsəti qaçırmırıq” bəyanatı səmimi və doğru deyil. Çünki Paşinyan müharibədən dörd il sonra da Azərbaycanın təqdim etdiyi sülh konsepsiyasını imzalamaq fürsətini dəfələrlə bilərəkdən və məqsədli şəkildə qaçırıb, sənədi imzalamaq istəməyib. Bu gün də həmin sənədi imzalamaq istəyib-istəmədiyi dəqiq deyil. Buna görə də Paşinyan burada özünü sülhpərvər kimi göstərməyə çalışır, guya hər fürsətdə sənədi imzalamağa hazırdır. Amma imzalanacaq sənəd sadəcə fürsət sənədi deyil, söz sənədi olmalıdır yəni, dayanıqlı, əsaslı və genetik olaraq uyğun bir sənəd olmalıdır. Bütün bunlar isə Azərbaycanın sülh konsepsiyasının əsasını tanımadan mümkün deyil və Paşinyan bunu qəbul etmək istəmir. Bu səbəbdən hesab edirəm ki, Paşinyan bu məsələdə səmimi deyil. Amma nəticə etibarilə bu uzunmüddətli sülh fürsəti əldən buraxıla bilməz bir gün qarşılıqlı olaraq sülh sənədinə imza atılmalıdır”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
bakivaxti.azKobaxidze: Ermənistan Azərbaycan sülh danışıqları müsbət qiymətləndirilir ( 19495433)
-
bizimyol.infoİrəvan rəsmi Bakı ilə ATƏT in Minsk qrupunun buraxılmasını müzakirə etdiyini açıqlayıb ( 19482830)
-
yenicag.azATƏT-in Minsk qrupu və Ermənistan Konstitusiyası – İrəvan niyə İNAD EDİR? ( 19480409)
-
axar.azMinsk Qrupunun ləğvi və konstitusiya dəyişikliyi... İrəvan ( 19478501)
-
buta.tvMinsk Qrupunun ləğvi və konstitusiya dəyişikliyi... - İrəvan ( 19478075)
-
axar.azMinsk Qrupunun ləğvi və konstitusiya dəyişikliyi... - İrəvan ( 19477823)
-
demokrat.azPaşinyanın “sülh üçün heç bir fürsəti qaçırmırıq” bəyanatı səmimi və doğru deyil — Deputat ( 19403398)
-
yeniazerbaycan.comİrəvan “yol xəritəsi”ni cızır, Moskva isə... ( 19382281)
-
buta.tvNikolun mətbuat konfransı: Bakıya və Kremlə mesaj göndərdi ( 19343677)
-
buta.tvPaşinyan “paraflanma”ya tələsir: Bakı niyə “isti yanaşmır”? ( 19343674)