AZ

Həftə sonunadək hava necə olacaq? - Respublika ərazisində

Həftə sonunadək ölkə ərazisinin hava şəraitində dəyişiklik gözlənilməsə də, son günlər müşahidə olunan cənub-şərq küləyi Abşeron yarımadasında şimal, şimal-şərq küləyi ilə əvəz olunacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, atmosfer təzyiqi tədricən yüksəlsə də, temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.

Ötən günlərdə olduğu kimi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-38, bəzi yerlərdə 40 dərəcəyə yaxın, Naxçıvan MR, eyni zamanda Aran rayonlarında 36-39, bəzi yerlərdə 41, dağlıq rayonlarda isə 33 dərəcəyədək isti olacağı gözlənilir.

Seçilən
35
21
sportinfo.az

10Mənbələr