“Moskva işğala son qoymasa, daha sərt sanksiyalar tətbiq edilməzdən əvvəl prezident Trampın qoyduğu 50 günlük müddətə saat əqrəbləri getdikcə, Rusiya Ukraynaya daha bir irimiqyaslı zərbə vurdu”,- nəşr yazır.
Bu baxımdan, “The Hill” Kremlin Ağ Ev rəhbərinin təhdidinə ümumiyyətlə məhəl qoymadığı qənaətinə gəlir. Məsələn, ABŞ prezidentinin sözlərini “teatral ultimatum” adlandıran Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirb ki,Moskva üçün bunun“heç bir təfavütü yoxdur”.
“The New York Times (NYT)” nəşri, öz növbəsində, Trampın bəyanatının Rusiyanı qorxutmadığını vurğulayıb.
- Belə görünür ki, Trampın Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı yeni ultimatumundan Rusiya narahat deyil”, - qəzet bildirir.
![]() |
Trampın Putindən gözləntisi nədir?| VİDEO |
“Bazarların müsbət bazar reaksiyası və Rusiya məmurları arasında çaxnaşmanın olmaması Trampın hərəkətə keçmək istəyinə şübhə yaradır. 50 günlük ultimatum Rusiya tərəfindən sona çatma tarixi kimi deyil, təxirə salınma kimi qəbul edilir. Yəni ABŞ-nin iki aylıq zəmanəti onun hərəkətsizliyi anlamı kimi qiymətləndirilir”, - qəzet vurğulayır.
Bu, öz növbəsində, Moskvaya yeni iqtisadi təzyiqlərdən qaçmaq imkanı ilə yanaşı, Ukrayna üzərindəki hərbi üstünlüklərini reallaşdırmaq üçün vaxt verir. 50 gün həm də Amerika siyasətində uzun müddətdir, burada,demək olar ki, Ukrayna münaqişəsindən yayındıran digər böhranlar da meydana çıxacaq.
Sahil İsgəndərov
AzVision.az