AZ

Ağ Ev WSJ-ni Trampın Şotlandiyaya səfəri üçün mətbuat fondundan çıxarıb

ABŞ administrasiyası “Wall Street Journal”ın (WSJ) jurnalistlərini Şotlandiyaya səfər üçün yaradılmış prezidentin mətbuat fondundan çıxarıb.

Ucnoqta.az xəbər verir ki, bu məlumatı “Politico”ya Ağ Evin mətbuat katibi Karolin Levitt təsdiqləyib.

"Wall Street Journal-ın yalan və böhtan xarakterli hərəkətlərinə görə, onlar prezident təyyarəsi göyərtəsində olacaq 13 media orqanı arasında olmayacaqlar", - nəşr onun yazılı bəyanatından sitat gətirir.

ABŞ prezidenti Donald Trampın Şotlandiyaya səfəri iyulun 25-29-na planlaşdırılıb.

Seçilən
9
50
ucnoqta.az

10Mənbələr