Ajans.az komandanın rəsmi saytına istinadən xəbər verir ki, nigeriyalı hücumameyilli yarımmüdafiəçi Qavi Tompsonla 1 illik müqavilə imzalanıb.

25 yaşlı futbolçu son olaraq ölkəsinin “Sportinq Lagos” klubunda forma geyinib. Qavi Nigeriyanın U-17 və U-20 millilərinin şərəfini qoruyub. Karyerası ərzində 139 oyun keçirib, 12 qol və 14 asist etməyə müyəssər olub.