“Karvan” klubu yeni transferini açıqlayıb.
Bizim.Media Yevlax təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi Qavi Tompsonla 1 illik müqavilə imzalanıb.
25 yaşlı futbolçu son olaraq ölkəsinin “Sportinq Lagos” klubunda forma geyinib. Qavi Nigeriyanın U-17 və U-20 millilərinin şərəfini qoruyub. Nigeriyalı yarımmüdafiəçi karyerası ərzində 139 oyun keçirib, 12 qol və 14 məhsuldar ötürmə müəllifi olub.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta