AZ

"Səbail"in sabiq futbolçusu Portuqaliya klubuna keçib

“Səbail”dən ayrılan Madi Quetanın yeni klubu müəyyənləşib.

Operativ Media xəbər verir ki, Qvineya-Bissau millisinin yarımmüdafiəçisi Portuqaliyaya qayıdıb.

Karyerasının böyük hissəsini Portuqaliyada keçirən 26 yaşlı cinah oyunçusu son il yarımda Azərbaycanda çıxış edib. “Portu”nun yetirməsi bu dəfə “Penafiel”lə anlaşıb. Queta yeni komandası ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Madi Queta ötən mövsüm “Səbail”in heyətində ölkə çempionatında 32 oyun keçirib, 3 qol vurub. Komanda axırıncı yeri tutaraq Premyer Liqanı tərk edib.

phrase_var_article.chosen
55
50
operativmedia.az

10phrase_var_article.sources