Bakı, 22 iyul, AZƏRTAC
Ötən mövsümün sonunda İtaliyanın “İnter” komandasından ayrılan Marko Arnautoviçin yeni komandası bəlli olub.
AZƏRTAC xəbər verir ki, 36 yaşlı hücumçu Serbiya təmsilçisi “Srvena Zvezda”ya keçib. Onunla 2 illik müqavilə imzalanıb.
Avstriya millisinin üzvü ötən mövsüm Milan təmsilçisinin heyətində 28 oyunda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.