AZ

İsrail Müdafiə Ordusu HƏMAS-ın üç yüksək vəzifəli üzvünü öldürüb

İsrail Müdafiə Ordusu Qəzza zolağında HƏMAS-ın üç yüksək vəzifəli üzvünü öldürüb.

“Report”un “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə iyulun 18-də ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Qəzzanın qərb hissəsində ümumi təhlükəsizlik xidmətinin rəhbəri olan terrorist Barhum Şahini və Qəzzanın şərq hissəsində HƏMAS-ın fövqəladə hallar komitəsinin rəhbəri Aşem Tsartsuru öldürülüb.

Bundan əlavə, İsrail hərbçiləri HƏMAS-ın hüquq bürosunun rəhbəri Farac əl-aulu da öldürüblər.

Seçilən
77
33
report.az

10Mənbələr