AZ

Qəzzada mülki itkilər artır

BAKI, TurkicWorld

Qəzzada İsrail hücumları nəticəsində 20 fələstinli həlak olub.

TurkicWorld xəbər verir ki, İsrail ordusu bu gün səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə hava və artilleriya hücumları həyata keçirib, nəticədə 20 fələstinli həyatını itirib.

Hədəflər arasında mülki yaşayış məntəqələri, köçkünlərin çadırları və yardım növbəsində dayanan vətəndaşlar olub.

Əl-Məvəssi bölgəsində bir çadırın bombalanması nəticəsində eyni ailədən 4 nəfər də daxil olmaqla 5 nəfər ölüb. Mavasi bölgəsindəki hücum zamanı biri uşaq olmaqla 2 nəfər, Deyr əl-Bəlahın cənub-şərq hissəsində isə 2 nəfər həlak olub. Qəzza şəhərində humanitar yardım gözləyən vətəndaşlara edilən hücumda 5 nəfər həyatını itirib. Cibaliya bölgəsindəki pilotsuz təyyarə hücumlarında daha 5 nəfər öldürülüb, Nəsr küçəsindəki hücumda isə bir nəfər həlak olub. Rimal bölgəsindəki bombalanma zamanı isə bir uşaq yaralanıb.

Qeyd edək ki, İsrail ordusu dünən Deyr əl-Bəlahın böyük bir hissəsi üçün köç əmrini elan etdikdən sonra minlərlə fələstinli bir gecədə bölgəni tərk etmək məcburiyyətində qalıb. Qəzzada davam edən hücumlar humanitar böhranı daha da dərinləşdirir.

phrase_var_article.chosen
17
9
turkic.world

10phrase_var_article.sources