Erşov adına Tobolsk dram teatrının aktyoru Konstantin Orlov xüsusi hərbi əməliyyat zonasında həlak olub.
Herbiand.az bildirir ki, bu barədə Tümen konsert-teatr birliyinin mətbuat xidməti məlumat yayıb.
“Konstantin həssas və qayğıkeş idi. Özü xüsusi hərbi əməliyyat zonasına getməyə qərar verdi, bu, ailəsi və dostları üçün şok oldu, lakin o, bunu qorxu və şübhə kölgəsi olmadan etdi”, - məlumatda yazılıb.
Qeyd olunur ki, sənətçi iyulun 7-də dünyasını dəyişib, onun 53 yaşı var idi. Orlov həyat yoldaşı ilə iki uşaq böyüdüb.
Aktyor 25 il Tobolsk dram teatrında işləyib və 50-dən çox rollar oynayıb.
Bəxtiyar CƏFƏRLİ