“Napoli” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Udineze”nin və İtaliya millisinin hücumçusu Lorenzo Lukka icarə əsasında Neapol təmsilçisinə keçib.
İcarə müddəti bir il nəzərdə tutulub və mövsüm başa çatdıqdan sonra “Napoli”nin italiyalı futbolçunu almaq öhdəliyi olacaq. İcarənin dəyəri 9 milyon avro, transferin ümumi məbləği isə 26 milyon avro təşkil edəcək.
23 yaşlı forvard son mövsümdə A Seriyasında 33 oyuna çıxaraq, 12 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.