
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin administrasiyası məlumat yayıb.
Məlumata görə, liderlər ikitərəfli münasibətləri, regional məsələləri, xüsusilə Ukrayna və Suriyanı müzakirə ediblər.
Ərdoğan Putinə Ukrayna ilə danışıqların üçüncü raundunun başlamasının vacibliyini və onları İstanbulda qəbul etməyə hazır olduğunu bildirib.
“Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan Rusiya ilə Ukrayna arasında üçüncü raund danışıqlarına başlamanın vacib olduğunu, tərəflər üçün uyğun tarixlər müəyyən edildikdə Türkiyənin İstanbulda danışıqlara ev sahibliyi etməyə davam edəcəyini bəyan edib”, - deyə məlumatda qeyd edilib.
Türkiyə Prezidenti Suriya təhlükəsizlik qüvvələrinin Əs-Suveydadan (Suriyanın cənubundakı) çıxarılmasından sonra baş verən toqquşmaların bütün bölgə üçün təhlükə yaratdığını və İsrailin Suriyanın suverenliyini pozmamasının vacib olduğunu bildirib.