AZ

Ərdoğan LGS iddialarına sərt reaksiya verdi: Onun yalnız bir izahatı var...

Turkstan.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kiprdə mərasimlərdə iştirak etdi.Turkustan.az xəbər verir ki, Ərdoğan 20 İyul Sülh və Azadlıq Günü, eləcə də Kipr Sülh Hərəkatının 51-ci ildönümü münasibətilə təşkil edilən mərasimlərdə iştirak etmək üçün Şimali Kipr Türk Respublikasına (KKTC) səfər edib. Səfər çərçivəsində keçirilən tədbirlərdən sonra Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb.Prezident Liseyə Giriş Sistemi (LGS) imtahanında maksimum 500 bal toplayan 719 şagirddən böyük əksəriyyətinin imam hatip liseylərini seçməsi ilə bağlı ictimaiyyətdə yaranan müzakirələrə münasibət bildirib. Bu mövzu ətrafında aparılan kampaniyaları tənqid edən Ərdoğan sərt reaksiya verib:“Bu kampaniyanın yeganə izahı imam hatip məktəblərinə qarşı düşmənçilikdir,” – deyə, o vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
23
icma.az

10Mənbələr