AZ

Ərdoğan: Əhməd Əl Şaraanı Suriyada tək qoymayacağıq

“Türkiyə Suriyanın parçalanmasını istəmir”.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, Suriyanın müvəqqəti prezidenti Əhməd Əl Şaraanın İsrailin son hücumları zamanı mövqeyi müsbət qiymətləndirilməlidir:

“Biz qərarlıyıq. Əhməd Əl Şaraanı Suriyada tək qoymayacağıq. Biz Suriyanın parçalanmasını istəmirik və Suriyanın bərpasını ölkəmiz üçün müsbət bir inkişaf kimi görürük. Çünki Suriyanın bərpası onlarla münasibətlərimizə də müsbət təsir edəcək”.

Ərdoğan, həmçinin, Suriyanın mövqeyinin ölkənin cənubundakı prosesin ehtiyatla davam etməsinə şərait yaratdığını da bildirib.

“Suriyanın təxminən 2 500 əsgəri ilə bölgəyə nəzarəti ələ keçirəcəyi gözlənilir. Ən son addımlarla nəzarəti təmin etdilər. Beləliklə, cənubda hökmranlıq yaranıb. Suriya xalqı bütün təbəqələri ilə keçmişdə çəkdiyi əzablardan dərs alıb və bu hiylələrə qapılmaq istəmir. Onlar druzlarla əhalinin qalan hissəsi arasında barışığa nail olublar”, – o vurğulayıb.

Seçilən
27
50
nocomment.az

10Mənbələr