BAKI, TurkicWorld
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
TurkicWorld xəbər verir ki, söhbət zamanı Türkiyə-Rusiya ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələlər müzakirə edilib.
Ərdoğan, Suriya təhlükəsizlik qüvvələrinin Suveyda bölgəsindən geri çəkilməsindən sonra baş verən qarşıdurmaların bölgə üçün təhlükə yaratdığını vurğulayıb və İsrailin Suriyanın suverenliyini pozmamasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
O həmçinin, Türkiyənin Suriyada sabitliyin və təhlükəsizliyin təmin edilməsini hədəflədiyini vurğulayıb.
Bununla yanaşı Ərdoğan, Rusiya ilə Ukrayna arasında danışıqların üçüncü mərhələsinin keçirilməsinin mühüm olduğunu vurğulayıb və tərəflər üçün uyğun tarixlər müəyyənləşdirildiyi təqdirdə, bu görüşlərə İstanbulda ev sahibliyi etməyə davam edəcəklərini bildirib.