Endi Kerrollun yeni klubu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, İngiltərə millisinin sabiq hücumçusu karyerasını ölkəsinin səviyyəcə 6-cı divizionunda davam etdirəcək. 36 yaşlı futbolçu “Dagen end Redbric”lə anlaşıb.
Kerroll son mövsüm “Bordo”da çıxış edib. İngilis forvard Fransa klubunun heyətində meydana çıxdığı 23 matçda 11 qol vurub. Əlavə edək ki, 2016-cı ildə İngiltərənin 3-cü liqasına qədər yüksələn “Dagen end Redbric” bir müddət əvvəl Qətər konsorsiumu tərəfindən alınıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta