AZ

Sumqayıtda münaqişə bıçaqlanma ilə nəticələndi

Sumqayıt şəhərində tanışlar arasında baş verən münaqişə qanlı hadisəyə çevrilib.

Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, hadisə şəhərin 5-ci məhəlləsində qeydə alınıb. 1987-ci il təvəllüdlü Səmədov Rüfət Mirfəttah oğlu aralarında yaranmış mübahisə zəminində tanışı, 1975-ci il təvəllüdlü Gülalıyev Rauf Ağalar oğluna bıçaqla xəsarət yetirib.

    Yaralı xəstəxanaya yerləşdirilib.

    Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən R.Səmədov polis tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

    Seçilən
    17
    13
    bakivaxti.az

    8Mənbələr