19 iyul tarixində "Uzbekistan Airways" şirkətinə məxsus HY282 reysi ilə İstanbuldan Daşkəndə uçan təyyarədə körpə dünyaya gəlib.
Publika.az xəbər verir ki, bu barədə Aviaşirkətin mətbuat xidməti məlumnat yayıb.
Bildirilib ki, sərnişinlərdən biri uçuş zamanı vaxtından əvvəl doğuş keçirib.
“Xoşbəxtlikdən təyyarənin göyərtəsində iki həkim – Dilbər Şeripbayeva və Dilşod Nortojiyev olub, onlar ekipajla birlikdə bütün lazımi tibbi yardımı tez bir zamanda göstəriblər”, - məlumatda deyilir.
Ekipaj komandiri Mixail Ajgireviçin qərarı ilə təyyarə həkimlərin yeni doğulmuş uşaqla ananı gözlədiyi Urganç hava limanına təcili eniş edib. Ailə tez bir zamanda yerli klinikaya aparılıb.