AZ

“Yatmış şahzadə” vəfat etdi


Səudiyyə Ərəbistanı kral ailəsinin üzvü, “yatmış şahzadə” Əl Valid ibn Xalid əl Səud vəfat edib .
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sabq” portalı məlumat yayıb.
“Yatmış şahzadə” ağır avtomobil qəzasından sonra 20 ildən çox komada qalıb. O, 2005-ci ildə Londonda hərbi kollecdə oxuduğu ağır qəzadan sonra komaya düşüb. 16 yaşında Əl Valid beyin qanaması ilə müşayiət olunan ağır kəllə-beyin travması alıb.  
Həkimlər Əl Validin həyata qayıtmaq şansının olmadığını bildirsələr də, atası oğlunu həyat dəstəyindən çıxarmaqdan imtina edib.
2019-2020-ci illərdə "yatmış şahzadə"nin əlini tərpətdiyi barədə vaxtaşırı xəbərlər yayılıb.
Lakin iyulun 19-da şahzadənin ürəyi dayanıb.
Seçilən
19
29
yeniavaz.com

10Mənbələr