Səudiyyə Ərəbistanı kral ailəsinin üzvü, “yatmış şahzadə” Əl Valid ibn Xalid əl Səud vəfat edib...
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sabq” portalı məlumat yayıb.
“Yatmış şahzadə” ağır avtomobil qəzasından sonra 20 ildən çox komada qalıb. O, 2005-ci ildə Londonda hərbi kollecdə oxuduğu ağır qəzadan sonra komaya düşüb. 16 yaşında Əl Valid beyin qanaması ilə müşayiət olunan ağır kəllə-beyin travması alıb.
Həkimlər Əl Validin həyata qayıtmaq şansının olmadığını bildirsələr də, atası oğlunu həyat dəstəyindən çıxarmaqdan imtina edib.
2019-2020-ci illərdə "yatmış şahzadə"nin əlini tərpətdiyi barədə vaxtaşırı xəbərlər yayılıb.
Lakin iyulun 19-da şahzadənin ürəyi dayanıb.
Qeyd edək ki, bundan əvvəl Lüksemburq şahzadəsi Frederik 22 yaşında nadir xəstəlikdən dünyasını dəyişmişdi.