Ermənistanın baş naziri Nikol Paşinyan tərəfdarlarını katolikos II Qaregini Eçmiədzindəki iqamətgahdan çıxarmağa çağırıb.
Publika.az xəbər verir ki, o, bu barədə öz "Telegram" kanalında yazıb.
Paşinyan iqamətgahın boşaldılmalı olduğunu qeyd edib: "Biz bunu birlikdə edəcəyik. Hazır olun!".
Qeyd edək ki, baş nazir ermənilərin dini liderini bir daha subaylıq andını pozmaqda ittiham edib.