Turkstan.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Ermənilər baş nazir Nikol Paşinyanı vəzifəsindən uzaqlaşdırmasalar, Ermənistan dövləti ilə vidalaşmaq məcburiyyətində qalacaqlar”.
Turkustan.az xəbər verir ki, bunu “Russia Today” beynəlxalq media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan deyib.
O, Paşinyanın erməni kilsəsi tarixində ilkə imza atdığını söyləyib:
“Erməni Apostol Kilsəsi və ermənilər heç kim tərəfindən mühakimə olunmayıb: farslar, osmanlılar, romalılar, parfiyalılar, monqollar. 2000 il ərzində heç kim bunu etməyib. İndi isə özünü erməni adlandıran biri gözümüzün qarşısında başqa bir ermənini məhv etməyə çalışır. Əfəndi Paşinyan təkcə öz xalqına xain deyil, həm də inancına xəyanət edir.
Ermənistan xalqı anlamalıdır ki, belə davam etsə, dövlətlə vidalaşmalı olacaqlar. Paşinyana səs verən hər kəs məsuliyyət daşıyır. Onu hakimiyyətə gətirmək üçün küçələrə çıxdıqları kimi əksini etmək məqsədilə də küçərələ axışmalıdırlar. Yoxsa, ermənilər dünyaya səpələnmiş xalqa çevriləcəklər”.
Qeyd edək ki, Nikol Paşinyan və hakim partiya bir neçə müddətdir Erməni Apostol Kiləsini hədəfə alıb və onun ruhani liderinin dəyişməsini tələb edir./Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.