Azərbaycan millisinin sabiq üzvü Sərtan Taşkın "Sumqayıt"dan ayrılıb.
QOL.az xəbər verir ki, 27 yaşlı müdafiəçi karyerasını Türkiyədə davam etdirəcək.
O, "Serik Bələdiyyəspor"a keçib. Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Sərtanla 1 illik müqavilə imzalandığı bildirilib.
Qeyd edək ki, Sərtan Taşkın ötən mövsüm "Sumqayıt"da çıxış edib. O, Premyer Liqada 30 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Əlavə edək ki, "Serik Bələdiyyəspor"un baş məşqçisi vaxtilə ölkəmizdə "Simurq"u çalışdırmış Sergey Yurandır.