"Sumqayıt"la müqaviləsi bitən Sərtan Taşkın karyerasını Türkiyədə davam etdirəcək.
Apasport.az xəbər verir ki, 27 yaşlı futbolçu I Liqaya yüksələn "Serik Belediyespor"un formasını geyinəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, Taşkınla 1 il müddətinə müqavilə imzalanıb.
Qeyd edək ki, millimizin də formasını geyinmiş futbolçu 2024-cü ildə Türkiyədə "Manisa"da çıxış edib.
"Sumqayıt"da ayrılıq
Günün canlı yayımlanacaq oyunları
Danilo Dias: “Pedro “Qarabağ”da ən böyük sürprizlərdən biri olacaq”
Ramin Quliyev: “Bəxtsizlik və diqqətsizlik “Sabah”a baha başa gəldi”
Şamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşib