AZ

"Avropada belə oyunlar sanki onların taleyinə yazılıb"

Futbol mütəxəssisi Aslan Kərimov Sportinfo.az-a açıqlama verib.

O, "Sabah"ın Avropa Liqasında "Çelye"yə məğlub olaraq yarışı tərk etməsini şərh edib:

"Dramatik oyunlar keçirmək sanki "Sabah"ın alnına yazılıb. Ötən mövsümlərdə də oxşar hallar yaşanmışdı.

Mübariz və əzmkarlıq baxımından "Sabah" özünü göstərə bildi. Açığı, rəqib də bu baxımdan geri qalmadı.

Hansı tərəf daha çox təzyiq göstərə bildisə o da sonda sevindi. "Çelye" yüksək təzyiq nəticəsində "Sabah"ı səhv etməyə məcbur etdi.

Bakıdakı matçın eyni ssenarisi yaşandı. Düşünürəm ki, rəqib taktiki baxımdan üstün idi. Mərkəzə hegemonluq edirdilər.

Bizim üstün cəhətimiz sürətli keçidlər idi. Oyunun bəzi məqamlarında bunu bacarıb, qollar vura bildik. Amma bunu mütəmadi şəkildə edə bilmədik.

Bunda müxtəlif səbəblər ola bilər. Mövsümün əvvəlidir, yeni baş məşqçi gəlib və.s. Kağız üzərində rəqib favorit idi.

Oturuşmuş heyətləri vardı. Verdiyi açıqlamalara görə baş məşqçiləri keyfiyyətli insan olmadığı görünsə də baş məşqçi kimi yaxşı biri olduğu danılmazdı.

Onun taktiki gedişləri "Sabah"ı çaş-baş salmışdı. Ancaq keçilməz rəqib deyildi. Hücumda kifayət qədər əla görünsələr də müdafiə keçidləri zəif idi.

Ciddi boşluqlar verirdilər. Qolları da bunun sayəsində bura bildik. Belə oyunlarda təcrübə vacib rol oynayır.

Sloveniyalılar bu baxımdan bir addım öndə idi.

Lakin "Sabah" üçün hər şey bitməyib. Avropa Liqasından kənarda qalsalar da Konfrans Liqasında mübarizə davam edir. Ümid edək ki, orada hər şey biz arzuladığımız kimi olacaq".

XANOĞLAN

Seçilən
45
50
sportinfo.az

10Mənbələr