Ağrıdan İzmirə gedən sərnişin avtobusu Sivas-Ərzincan magistral yolunda Kuzköy yaxınlığında dağa çırpılıb.
Avtosfer.az xəbər verir ki, qəza nəticəsində 4 nəfər ölüb, 33 nəfər yaralanıb.
Hadisə yerinə xilasetmə qüvvələri, könüllü axtarış-xilasetmə qrupları sövq edilib.
Yaralılar təcili tibbi yardım helikopteri və yerüstü təcili yardım maşınları ilə şəhərdəki xəstəxanalara çatdırılıb.