Sivasın (Türkiyə) İmranlı rayonunda sərnişin avtobusu dağın yamacına çırpılıb.
“İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 33 nəfər yaralanıb.
Məlumata görə, qəza Ağrıdan İzmirə gedən sərnişin avtobusu Sivas-Ərzincan magistral yolunda Kuzköy yaxınlığında baş verib.
Qəza yerinə təcili tibbi yardım, polis, jandarma, AFAD, xilasetmə, könüllü axtarış-xilasetmə qrupları cəlb edilib.
Yaralılar təcili tibbi yardım helikopteri və avtomobilləri ilə şəhər xəstəxanalarına çatdırılıblar.
Məhərrəm Ağalaroğlu, “İki sahil”