AZ

Türkiyə Kiyevin “son şans”ından danışdı: İstanbulda bunu etməsələr…

İstanbulda keçiriləcək danışıqların üçüncü raundu Ukrayna hakimiyyəti və onların Qərb müttəfiqlərinə Rusiya ilə razılığa gəlmək üçün son şans olacaq.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “dikGAZETE” nəşri yazıb.

Məqalədə qeyd edilib ki, Rusiya həm Qərb dövlətlərinə, həm də Ukrayna hakimiyyətinə danışıqlar üçün çoxlu imkanlar verib, lakin son vaxtlar ABŞ prezidenti Donald Tramp istisna olmaqla, Qərbdə heç bir lider məsələyə müsbət baxmır.

Nəşrin məlumatına görə, Ukrayna rəhbərliyi son şansını əldən verməməli və Rusiya ilə danışıqlar masası arxasına əyləşməlidir, əks halda onlar daha böyük problemlərlə üzləşəcəklər.

Seçilən
8
38
publika.az

10Mənbələr