ABŞ prezidenti Donald Tramp Rusiya neftini alan ölkələrə 100% rüsum tətbiq edəcək.
Operativ Media xəbər verir ki, bunu ABŞ senatoru Lindsey Graham "Fox News" telekanalına bildirib.
"Tramp Rusiya neftini alanlara rüsum tətbiq edəcək. Çin, Hindistan və Braziliya - bu ölkələr ucuz Rusiya neftinin təxminən 80%-ni alırlar. Prezident Tramp bu ölkələrin hamısına 100% rüsum tətbiq edəcək. Bu ölkələr Amerika iqtisadiyyatı ilə Rusiya arasında seçim etməli olacaqlar. ", - deyə o qeyd edib.
Gözəl Azadəliyeva