AZ

Nüvə danışıqları bərpa edilir - Yenə Türkiyə...

İran ilə İngiltərə, Fransa və Almaniya arasında aparılan nüvə danışıqlarının bu həftə cümə günü İstanbulda baş tutacağı gözlənilir.

Modern.az xəbər verir ki, İran dövlət televiziyasının xəbərinə görə, 2015-ci il nüvə sazişinin avropalı iştirakçılarının (E3 – İngiltərə, Fransa, Almaniya) tələbi ilə İran yeni danışıqlar turunu qəbul edib.

İyulun 25-də İstanbulda xarici işlər üzrə nazir müavinləri səviyyəsində keçiriləcək nüvə danışıqlarında İranı xarici işlər nazirinin müavinləri Məcid Tahtrevançi və Kazım Qaribabadi təmsil edəcəklər.

Həftə ərzində İstanbulda daha bir danışıqlar masasının Rusiya ilə Ukrayna arasında qurulması gözlənilir.

Seçilən
38
31
modern.az

10Mənbələr