Nigeriyanın şimal-qərbindəki Zamfara əyalətində cinayətkar dəstə üzvlərinin silahlı hücumu nəticəsində azı 9 nəfər həlak olub. Yerli medianın məlumatına görə, hücum Tofa rayonu ərazisində baş verib. Silahlı şəxslər onlarla insanı qaçırmazdan əvvəl yerli sakinlərə atəş açıblar.
Nigeriya uzun müddətdir ki, həm cinayətkar dəstələr, həm də terror təşkilatları, o cümlədən Boko Haram və ISWAP tərəfindən törədilən silahlı zorakılıqlardan əziyyət çəkir.
Ölkədə adam oğurluğuna görə ölüm cəzasının tətbiq edilməsinə baxmayaraq, bu cür cinayətlər, xüsusən də fidyə müqabilində törədilən cinayətlər hələ də geniş yayılmaqdadır.
Quldurlar mütəmadi olaraq ölkənin şimal bölgələrində kəndləri, məktəbləri və nəqliyyat vasitələrini hədəfə alırlar.
Rizvan CƏFƏROV,
“Azərbaycan”